03/09/2023
Azərbaycanda əlilliyi olan şəxslər peşə təhsili adı ilə əksər hallarda əl sənətlərinin, o cümlədən aksesuarların hazırlığına yönləndirilirlər. Yarımçıq hayata keçirilən bu proqramlarda əlilliyi olan şəxslər əmək bazarında ehtiyac duyulan bacarıqlara yiyələnə bilmirlər.
Buna görə də ölkədəki inklüziv peşə təhsili proqramları əlilliyi olan şəxslərə real bacarıqlar qazandıra bilmir. Biz Aksesuar Sənətkarlığı proqramımız vasitəsilə bacarıqların artırılması və görülən işin keyfiyyətinin yüksəlk standartlara cavab verə bilməsi üçün əlilliyi olan qadın sənətkarlarla birgə işləyirik.
Bizim icmamızın üzvü Xəyalə Yusif sənətkar kimi öz təcrübələrini paylaşır. Xəyalə əlilliyi olan gənclərə aksesuar sənətkarlığına yox, təhsil almağa üstünlük verməyi məsləhət görür.