Zövqlü qalstuklar, köynəklər və aksesuarlarla yanaşı, qadınlar üçün ipək yaylıqlar da təqdim edir. La Kravatta Baku şirkəti "Andrew's Ties" brendinin Bakıdakı rəsmi distribyutorudur. Mağazada hər cür çeşiddə qalstuklar, köynəklər, kəmərlər və digər kişi aksesuarları, eləcə də qadınlar üçün yun şərflər və yaylıqlar satılır. Bütün məhsullar İtaliyada istehsal edilmişdir. Mağazada həmçinin İngiltərən
in "Elizabeth Parker" brendinə məxsus qol düymələri və yaxa sancaqları da satılır. Hədəfimiz alıcılarımıza yüksək keyfiyyətli və münasib qiymətə məhsullar təqdim etməkdir. Qalstuklar İtaliya qalstuk ustaları tərəfindən əl ilə yüksək keyfiyyətli və sıx toxunuşlu ipəklərdən istehsal edilmişdir. İpəklərin zərifliyi, rənglərin gözəlliyi, naxışların bənzərsiz olması məhsullarımızı fərqli edir. Köynəklər 100% təmiz pambıqdan nəfis tikişlə tikilmiş, keyfiyyəti digər İtaliya brendlərindən nəinki geri qalmır hətta onları üstələyir. Bir toxunuşunuz kifayətdir ki, məhsullarımıza bir könüldən min könülə aşiq olasınız.