16/06/2026
Bu yaxınlarda Mercedes-Benz Fashion Week çərçivəsində Parfum City ilə əməkdaşlıq etdiyimiz xüsusi bir layihəni həyata keçirdik — moda, incəsənət və emosiyaların bir araya gəldiyi unudulmaz bir hekayə.
Layihəmizin ambasadoru 𝘈𝘺𝘴𝘦𝘭 𝘈𝘭𝘪𝘻𝘢𝘥𝘦 oldu.
İlham mənbəyimiz isə HFC ətri idi. Yayın ruhunu mükəmməl şəkildə əks etdirən, şirəli şaftalı notları ilə zəngin bu ətir bizdə parlaq, günəşli və xoş emosiyalar oyatdı. Məhz bu hissləri — yüngüllüyü, enerjini, istiliyi və yay əhvalını Aysel xanımın obrazında əks etdirməyə çalışdıq.
Obrazın hər detalında, rəng seçimində və ümumi atmosferində HFC-nin yaratdığı hissləri yaşatmağa çalışdıq. Nəticədə yay günəşi kimi parlaq, təravətli və diqqətçəkən bir görünüş ortaya çıxdı.
Bu layihə bizim üçün sadəcə bir əməkdaşlıq deyil, qoxunun necə ilham mənbəyinə çevrilə və vizual bir hekayə yarada biləcəyinin gözəl nümunəsi oldu.
Mercedes-Benz Fashion Week-ə, Parfum City-yə və bu layihənin bir hissəsi olan hər kəsə təşəkkür edirik ✨