11/01/2026
Həzrət İmam Cavad Əleyhis-Salamın hirzi haqqında yalan və doğru məlumatlar!
Məşhur din alimləri Höccətül-İslam vəl-müslimin Hacı Fərəhzad və Hacı Rəfii-nin Həzrət İmam Cavad Əleyhis-Salamın hirzi haqqında sözləri.
Cənab Bəhaəddini Həzrət İmam Cavad əleyhis-Salamın hirzinə çox inanırdı. Biri namazı olan böyük hirz, digəri isə, məsələn bu kimi üzüklərdə yerləşdirilən kiçik hirzdir.
یَا نُورُ یَا بُرْهَانُ یَا مُبِینُ یَا مُنِیرُ یَا رَبِّ اکْفِنِی الشُّرُورَ وَ آفَاتِ الدُّهُورِ وَ أَسْأَلُکَ النَّجَاةَ یَوْمَ یُنْفَخُ فِی الصُّور.
Bu kağızda "çahar qul", Ayətəl Kürsi və bir neçə hirz çox kiçik şirftlə çap olub. Mən bunu üzərimdə saxlayıram. Maşına və evədə qoymuşam!
Həzrət İmam Cavad Əleyhis-Salamın hirzi çox təsirlidir!
Cənab Bəhaəddini buyurardı ki: bir gün Qumun ətrafına getmişdik, iki Alah bəndəsi dalaşdı. Onlardan biri iki-üç kilo ağırlığında daşla obirinin başına vurdu.
Mən onun beyin qanaması keçirdiyini düşündüm. Dedim: nə oldu?
Dedi: İmam Cavad Əleyhis-Salamın hirzi üzərimdə idi, heç nə olmadı!
Mən bu mövzunu "Səmte Xuda" televiziya proqramında dediyimdən bəri, bir çox insandan mesaj gəlib ki, İmam Cavad Əleyhis-Salamın hirzi üzərimizdə olarkən, möhkəm qəza baş verdi, amma qəzadan sağ-salamat çıxdıq!
İnşaAllah, Həzrət İmam Cavad Əleyhis-Salamın hirzi daha tanıtdırılsın ki, hər kəs İmam Cavad Əleyhis-Salamın böyük hirzini dəriyə, kağıza yazsın və ya çap etsin və üzərində saxlasın ki, sehrdən, cadudan və nəzərin ağla sığmaz mənfi gücündən, Uca Allahın iznilə hirzin vasitəsilə qorunsun!
Məşhəd və Qum şəhərlərindəki dini mağazalarda, eləcə də kiberməkanda Həzrət İmam Cavad Əleyhis-Salamın hirzini satanlar bu hirzin haqqında yalan və çaşdırıcı məlumatlar yayırlar. Bu da bu önəmli və dəyərli hirzi alanların diqqətini bu hirz ilə bağlı əsas məsələlərdən yayındırır, halbuki Seyid ibn Tavusun "Mühəc əl-Də-əvat və Mənhəc əl-İbadat" kitabında bu hirzin hədisində yalnız dörd tövsiyə var. Bu dörd tövsiyədən başqa, bütün tövsiyələr hirz satıcıları tərəfindən istifadə edilən hiylə və aldatmalardır.
Araşdırma aparmaq istəyənlər üçün bu kitabın 36-42-ci səhifələrinin şəkilini paylaşıma əlavə etdik, həmçinin paylaşımın aşağısına bu hirzin əsas mənbəyinin URL-nı və bu hirzin digər mənbələrini də qeyd etdik.
Həzrət İmam Cavad Əleyhis-Salamın hizi ilə bağlı demək istəyirəm ki, Həzrət İmam Cavad Əleyhis-Salamın kiçik hirzi iki sətirdən ibarətdir. İnternetdə də var. Onu yazın və ya çap edin ki, özünüz və uşaqlarınız üzərinizdə saxlayasınız. Mümkünsə, hər gün oxuyun.
Lazım deyil onu xüsusi bir şəxs yazsın. Lazım deyil gülabla, zəfəranla və ya xüsusi qələmlə yazılsın, hətta özünüz yazıb və ya çap edib üzərinizdə saxlaya bilərsiniz. Bunlar bəzi insanların bu işdə istifadə etdiyi fəndlər və hiyləgərliklərdir.
Əlbəttə ki, bunu inkar etmək olmaz, çünki hirzi üzükdə olması onun itirilməsinin qarşısını alır. Həzrət İmam Cavad Əleyhis-Salamın böyük hirzini yazıb və ya çap edib xüsusu gümüş qaba və ya kiçik qolbağa qoyub, üzərimizdə saxlamaq daha yaxşı olar!
Bu paylaşımın 2-ci hissəsini dinləsəniz, hədisdə qeyd olunan məlumatlarla yanaşı, yayılan yalan və çaşdırıcı məlumatlar haqqında da məlumat əldə edəcəksiniz!
و