Meta4Fashion

Meta4Fashion DƏB GƏTİRİRİK!

20/03/2026
🇦🇿 - Hər ilməsində keçmişin ruhunu daşıyan bu geyim sadəliyin içində gizlənən əzəmətin yansımasıdır. ✌🏻—————————————————...
18/03/2026

🇦🇿 - Hər ilməsində keçmişin ruhunu daşıyan bu geyim sadəliyin içində gizlənən əzəmətin yansımasıdır. ✌🏻
———————————————————————
🇬🇧 - Carrying the spirit of the past in each of its threads, this outfit is a reflection of the grandeur hidden within simplicity. ✌🏻

çantalar tərzliqadınlar əlişigeyimlər clothing handbags outfits handcraftedfashion handmadeclothing

✨ İrsə hörmət, sənətə sevgi ilə.Çəhrayının ən gözəl tonu olan magenta rəngi, kəlağayının incə və təbii çalarları ilə uğu...
16/03/2026

✨ İrsə hörmət, sənətə sevgi ilə.

Çəhrayının ən gözəl tonu olan magenta rəngi, kəlağayının incə və təbii çalarları ilə uğurla kombin edilərək bu libas dizayn olundu.
Kəlağayının özünəməxsus gözəlliyinə, xəfifliyinə və ruhuna zərər verilmədən hazırlanmış bu obraz Meta4Fashion – Milli Musiqi Kolleksiyasına daxil edildi.

Kəlağayı bizim üçün sadəcə bir parça deyil.
O — milli irsimiz, milli yaddaşımız, adət-ənənələrimizin və qadın zərifliyinin təcəssümüdür.
Bu dizaynda isə kəlağayı həm qorundu, həm də müasir moda dili ilə yenidən danışdırıldı.

KelaghayiStyle AzerbaijaniKelaghayi Milliİrs MilliYaddaş AzərbaycanModası AzerbaijanFashion EthnicFashion HeritageInspired TraditionalMeetsModern Magenta HandmadeDesign FashionWithMeaning

🎹 Pianonun ritmi, “Milli Musiqimizin “ ruhuPiano təsviri ilə hazırlanmış bu look Azərbaycan milli musiqi alətlərinin təb...
15/03/2026

🎹 Pianonun ritmi, “Milli Musiqimizin “ ruhu

Piano təsviri ilə hazırlanmış bu look Azərbaycan milli musiqi alətlərinin təbliği və təşviqinə həsr olunub.

Korsetin üzərində milli musiqi alətlərimizdən tar və kamança rəssam işi olaraq təsvir edilmişdir. Ətək və korset birlikdə bütöv bir piano kompozisiyası yaradır.

Dizaynın üzərində piano dillərini xatırladan incə saçaq detalları istifadə olunub və bu elementlər obrazın musiqi ruhunu daha da gücləndirir.

Bu lookda moda ilə musiqi bir araya gələrək Azərbaycan mədəniyyətinin zərif bir ifadəsinə çevrilir.

AZƏRBAYCANIN ƏN BÖYÜK SƏRVƏTLƏRİNDƏN BİRİ — MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZİ ÜZƏRİNDƏ DAŞIYAN XALÇALARIMIZDIR.Bu kolleksiyada ...
13/03/2026

AZƏRBAYCANIN ƏN BÖYÜK SƏRVƏTLƏRİNDƏN BİRİ — MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZİ ÜZƏRİNDƏ DAŞIYAN XALÇALARIMIZDIR.

Bu kolleksiyada qədim xalça ornamentlərimizi geyim dizaynına tətbiq edərək onları yeni bir formada yaşatmaq böyük fəxrdir.Bununla həm milli irsimizi moda dili ilə ifadə edir, həm də gələcək nəsillərə ötürüləcək bir miras yaratmağa çalışırıq.

Eyni zamanda bu kolleksiya vasitəsilə Azərbaycanın zəngin mədəniyyətini və milli-mənəvi dəyərlərini dünya modasında təqdim etməyi də məqsəd qoymuşuq.

Bu geyim üzərində istifadə olunan naxış isə Azərbaycan xalçaçılıq sənətinin incilərindən biri olan Quba xalçasının ornamentlərindən ilhamlanaraq hazırlanmışdır.

✨ SAZ — MİLLİ MUSİQİMİZİN SƏSİ ✨✨ Meta4Fashion — milli ruhun modada təcəssümü.Azərbaycan milli musiqi tarixində ən qədim...
12/03/2026

✨ SAZ — MİLLİ MUSİQİMİZİN SƏSİ ✨
✨ Meta4Fashion — milli ruhun modada təcəssümü.
Azərbaycan milli musiqi tarixində ən qədim və ən dəyərli musiqi alətlərindən biri saz olmuşdur. Onun səsi əsrlər boyu xalqımızın sözünü, duyğularını və ruhunu yaşadaraq bu günümüzə qədər gəlib çatıb.

Bu geyimin üzərində istifadə olunan naxışlar isə Azərbaycanın qədim xalça ornamentlərindən ilhamlanıb. Çünki xalça sənəti də xalqımızın tarixini, dünyagörüşünü və estetik zövqünü özündə yaşadan ən böyük mədəni sərvətlərimizdən biridir.

Sazın musiqisi və xalçalarımızın naxışları burada bir araya gələrək eyni məna daşıyır — milli irsimizin, köklərimizin və mədəni yaddaşımızın ifadəsi.

Məhz buna görə bu obraz Meta4Fashion Milli Musiqi Kolleksiyasının xüsusi parçalarından biri kimi təqdim olunur.

Bayramınız mübarək, əziz xanımlar! 🌸Qadın hər zaman ilham mənbəyidir — zərifliyin, gücün və gözəlliyin ən incə ifadəsidi...
08/03/2026

Bayramınız mübarək, əziz xanımlar! 🌸

Qadın hər zaman ilham mənbəyidir — zərifliyin, gücün və gözəlliyin ən incə ifadəsidir. Moda dünyasında yaratdığımız hər obrazda məhz bu ruh yaşayır.

Bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm və hər birinə sevgi, xoşbəxtlik, ilham dolu günlər və daim parlayan bir həyat arzulayırıq. 💐

Four Seasons – Winter💎Barokko ruhu, hip-hop enerjisiZərxara parçadan hazırlanmış bu look barokko üslubunun zərifliyini h...
05/03/2026

Four Seasons – Winter💎
Barokko ruhu, hip-hop enerjisi

Zərxara parçadan hazırlanmış bu look barokko üslubunun zərifliyini hip-hop tərzinin enerjisi ilə sintez edir. Milli koloritlə tamamlanan bu obrazda həm qadın incəliyinin zərifliyi, həm də güclü enerji hiss olunur.

Sərt qışın soyuq tonlarından ilhamlanan rəngi isə bu üsluba xüsusi bir dərinlik və xarakter qatır. ❄️✨

FashionDesign BaroqueStyle HipHopStyle DesignerCollection

Four Season kolleksiyası — Winter ❄️Müasirlik və irsin vəhdətiBu lukda hip-hop tərzinin sərbəst və iddialı ruhu ilə baro...
05/03/2026

Four Season kolleksiyası — Winter ❄️
Müasirlik və irsin vəhdəti

Bu lukda hip-hop tərzinin sərbəst və iddialı ruhu ilə barokko üslubunda hazırlanmış pencəyin zəngin estetikası bir araya gəlir.

Parçamızın üzərindəki milli ornamentlər isə keçmişimizə olan bağlılığımızın simvoludur. Bu detal bir daha göstərir ki, dizayner olaraq məqsədimiz müasir üslubla milli adət-ənənəmizi və koloritimizi bir vəhdətdə təqdim etməkdir.

Burada hər xətt, hər forma bir mesaj daşıyır — keçmişlə bu günün dialoqu.

Rəng seçimi isə təsadüfi deyil. Mavinin soyuq tonları qışın sakitliyini, dərinliyini və eyni zamanda gücünü xatırladır.

Bu, Four Season kolleksiyasının Winter hissəsidir — ənənə ilə müasirliyin, güc ilə estetik incəliyin harmoniyası.

Four Season kolleksiyası — Winter ❄️Güc və zərifliyin harmoniyasıBu obrazda qadının daxilindəki gücü göstərməyə çalışdıq...
05/03/2026

Four Season kolleksiyası — Winter ❄️
Güc və zərifliyin harmoniyası

Bu obrazda qadının daxilindəki gücü göstərməyə çalışdıq.

Şalvar və korset forması qadının xarakterində mövcud olan qətiyyəti, iradəni və kişi gücü ilə assosiasiya olunan möhkəmliyi simvolizə edir. Çünki qadın yalnız zəriflik deyil — o, eyni zamanda qərar, dayaq və gücdür.

Üzərindəki əl işləri və kəlağayı detalları isə milli adət-ənənəmizin, köklərimizin və qadın ruhunun incəliyini daşıyır. Burada müasir siluetlə ənənəvi sənətkarlıq bir araya gələrək Azərbaycan qadınının bütöv obrazını yaradır.

Bu, Four Season kolleksiyasının Winter hissəsidir — soyuq mövsümdə belə öz istiliyini və gücünü qoruyan qadının hekayəsi.

Azərbaycan qadını həm zərifdir, həm də güclü.

“Four Season” kolleksiyası — Winter ❄️Müasirlik və irsin vəhdətiBu lukda hip-hop tərzinin sərbəst və iddialı ruhu ilə ba...
04/03/2026

“Four Season” kolleksiyası — Winter ❄️
Müasirlik və irsin vəhdəti

Bu lukda hip-hop tərzinin sərbəst və iddialı ruhu ilə barokko üslubunda hazırlanmış pencəyin zəngin estetikası bir araya gəlir.

Parçamızın üzərindəki milli ornamentlər isə keçmişimizə olan bağlılığımızın simvoludur. Bu detal bir daha göstərir ki, dizayner olaraq məqsədimiz müasir üslubla milli adət-ənənəmizi və koloritimizi bir vəhdətdə təqdim etməkdir.

Burada hər xətt, hər forma bir mesaj daşıyır — keçmişlə bu günün dialoqu.

Rəng seçimi isə təsadüfi deyil. Mavinin soyuq tonları qışın sakitliyini, dərinliyini və eyni zamanda gücünü xatırladır.

Bu, Four Season kolleksiyasının Winter hissəsidir — ənənə ilə müasirliyin, güc ilə estetik incəliyin harmoniyası.

❄️ Qışın səssizliyində açan sevgi ❄️Four Season KolleksiyasıWinter | QışBu paylaşımda qış fəslinə aid obrazı sevgi və is...
04/03/2026

❄️ Qışın səssizliyində açan sevgi ❄️

Four Season Kolleksiyası
Winter | Qış

Bu paylaşımda qış fəslinə aid obrazı sevgi və istilik anlayışı ilə təqdim etdim.

Bəyazın saflığı üzərində kəlağayıdan hazırlanmış magenta rəngli korset —
soyuq mövsümdə belə insanın ürəyində çiçək aça bilən duyğuların simvoludur.

Ağ — qışın sükutu və təmizliyi.
Magenta — sevginin, gücün və daxili enerjinin rəngi.

Milli koloritimizi yaşadan kəlağayı detalı isə ənənə ilə müasirliyi bir araya gətirir.

Qış soyuq ola bilər…
amma sevgi hər zaman öz rəngini tapır.

Meta4Fashio

Address

Baku
1134

Alerts

Be the first to know and let us send you an email when Meta4Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share