Сказочные нитки. Sehirli iplər

Сказочные нитки. Sehirli iplər Принимаю заказы и учу вязанию. Sifarış qəbul edir və toxuma öyrədir?

Əziz dostlar sabahınız xeyir. Sizlərdən müsabiqədə paylaşılan hekayəni oxuyub dəstək olmağınızı xahiş edirəm. Real həyat...
26/04/2020

Əziz dostlar sabahınız xeyir. Sizlərdən müsabiqədə paylaşılan hekayəni oxuyub dəstək olmağınızı xahiş edirəm. Real həyat hekayəsidir. Qələmə mən almışam. Oxuyub bəyənərsinizsə "Bəyən" düyməsini basa bilərsiniz. Rəy bölüməsində isə fikirlərinizi yaza bilərsiniz. Qeyd olunan linkin üzərindən vuraraq səhifəyə daxil ola bilərsiniz. Kimdəsə alınmasa, istərsə mənə yaza bilər, ona linki göndərə bilərəm. Bir daha xahiş edirəm. Linkə girərək "Hekayə Sabina Aygun" səhifəsində bu hekayəni bəyənin. Burada bəyənərkən orada səhifəyə heç nə qeyd olunmur. Ona görə də səhifədə bəyənmək lazımıdır.
Əvvəlcədən təşəkkür edirəm.

" HEKAYƏ" LAYİHƏSİNDƏ " EŞQ" MÖVZUSUNDA YAZILAN 7- Cİ HEKAYƏ İSTEDADLI YAZAR FAZİLƏNİN QƏLƏMİNDƏNDİR... HEKAYƏ REAL HADİSƏLƏR ƏSASINDA QƏLƏMƏ ALINIB... HEKAYƏNİ OXUYUB LİKE ETMƏYİ VƏ FİKİR YAZMAĞI UNUTMAYIN... UĞURLAR ❤



İlk Məhəbbətim

Niyə axı illər keçsə belə ilk məhəbbət unudulmur? Bu suala hamı müxtəlif cür, hər kəs öz həyatında aldığı təcrübələrə görə cavab verə bilər. İlk məhəbbət doğurdanmı unudulmur sualına da hər kəs öz həyatına üyğun cavab verə bilər. Kimisi ilk məhəbbətinin alovlarından yanıb eşqinə qovuşmadığı üçün unutmaz. Kimisi eşqinin vəfasızlığına görə unutmaz. Kimlərsə ilk sevdiyinə qovuşar xoşbəxt olduğu üçün unutmaz. Bəziləri isə ilk sevdiyilə qovuşar, lakin xoşbəxt olmadığı üçün unutmaz. Amma hər zaman belə olmur. Bəzən kimlərsə də unudur. Lakin ilk məhəbbət unudulmaz deyilirsə, demək ki, çoxluluq öz həyatında buna şahid olduğu üçün deyir. Bəs əsl səbəbi nədir ki, ilk məhəbbət bu qədər unudulmaz olub? Mənim bir cavabım var. İlk dəfə sevgini dadığınız üçün o unudulmaz olur. Ondan sonra bəlkə də başqasını daha çox sevəcəksiniz, ancaq sevginin nə olduğunu ilk o insanda anladığınız üçün heç zaman onu unutmayacaqsınız...
*** *** ***

Davud məktəbin önündə zəngin çalınmasını gözləyirdi. Zəngin səsini eşidən kimi ürəyi döyünməyə başladı..İndi dünyalar qədər sevdiyi Zərifə məktəbin qapısından çıxacaq, ona baxıb həmişəki kimi gülümsəyəcək. Yenə gülümsəməyindən batan yanaqları onu dəli edəcək...Zərifə əlində çanta yellədə-yellədə qızlarla məktəbin qapısından çıxdı. Arxadan başqa sinifin uşaqları da gəlib onlara qarışdı. Səs-küy hər tərəfi bürümüşdü. Davud iri addımlarla uşaqlara qarışıb Zərifənin yanından keçib, güya onlarla toqquşan kimi sevgilisinin əlinə kağızı parçasını yerləşdirdi. Zərifə kağız əlində sıxıb kənara durdu. Davud uşaqların arasından çıxıb uzaqlaşdı. Zərifə qızlardan ayrılandan sonra evlərinə girməmiş əlindəki kağıza baxdı. “Zərifə, qumral gözlüm, səni həmişəki yerimizdə gözləyəcəm. 5 dəqiqəlik də olsa, gəl, çox vacib sözüm var”.
Zərifə tək siniflərinin deyil, həm də məktəbin gözəl və ağıllı qızlarından idi. Ancaq çox qürurlu idi. Yekəxana olmasa da, özündən razı biri idi. Hər kəsi, hər şeyi bəyənmirdi. Elə Davud da hündür, yaraşıqıqlı, qarabuğdayı, məktəbdə qabaqcıl oğlanlardan idi. Davud məktəbi bitirib yenicə ali məktəbə qəbul olmuşdu. Zərifə isə hələ 11-ci sinifində oxuyurdu. Davudla bir-birlərini 1 il idi sevirdilər və imkan olduqca görüşürdülər..
Zərifə ətrafına baxdı. Küçələrində heç kim yox idi. Tez geri dönüb Davudun gözlədiyi yerə tərəf getdi. Davud parkin içində, ağacların arasında onu gözləyirdi. Çox həyəcanlı idi. Zərifə ona yaxınlaşan kimi dedi.
- Davud, nə olubdu? Tez ol, vaxtım azdı. Qorxutma de.
- Zərifə, məni sevirsən?
- Davud, o nə sözdü, bilmirsən?
- Onda de görüm mənimlə evlənmək istəyirsən? İstəyirsənsə sabah elçi göndərim?
- Axı nə olub? Nə tələsmisən?
- Səbəbini soruşma. Sonra rahat vaxt danışaram.
- Axı Davud, sən oxuyursan. Mən məktəbi qutarıb oxuyacam. Hələ tezdi.
- Yenə oxuyacıq. Onun sənə elçi göndərməyimə dəxli yoxdu.
- Yox, Davud, belə tələm-tələsik ürəyimcə deyil.
- Zərifə, sadəcə sən de mənimlə evlənmə istəyirsən? Sabah elçi göndərim? Hə ya yox. Ya indi bu olmalıdı, ya da heç vaxt olmayacaq.
- Yox Davud, yox elçi gəlmə istəmirəm.
- Zərifə, mənimlə evlənmək istəmirsən?
- Yox Davud, istəmirəm.
- Son sözündür?
- Bəli son sözümdür.
Zərifə qaçaraq Davuddan uzaqlaşdı. Davudun dizləri yerə çökmüşdü. Zərifədən, sevdiyi qızdan bunu heç gözləmirdi. Axı onların gözəl xəyalları vardı. Bəs nə oldu?
19 yaşına yenicə qədəm qoyan Davud həyatın ən kədərli anını yaşamışdı o gün. İlk məhəbbəti ürəyinə ağır bir zərbə vurmuşdu. İndi o, evdə ondan cavabı gözləyən anasına, atasına nə deyəcək? Axı ona seçilən qızla evlənməməyə nə səbəb gətirəcək? O ki, elə sabah evlənək demirdi. Axı Zərifə niyə belə elədi? Davud nə edəcəyini bilmədi. Sadəcə diz çökdüyü yerdən əllərini göyə qaldırdı.
- Allahım, mən nə edəcəyimi bilmirəm. Sənin əllərinə buraxıram. Necə olacaqsa olsun..
Göylər də sanki susmuşdu. Davud yerdən qalxıb, dizlərini də çirpmadan evlərinə gedəndə yol boyu düşünürdü. “Zərifə ki məni yarı yolda qoydu, anamgilə deyəcəm, kimlə istəyirlər evləndirsinlər”.
Axı bu yaşda nə olmuşdu ki, Davudu tələm-tələsik evləndirirdilər? Davudun anası-atası Bakı kəndlərinin birində ən tanınmış ailələrdən biri idi. Davudun qohumlarından biri atasına təklif etmişdi.
- Həsən kişi, yanımda, məktəbdə yer var. Qoy gəlsin yanıma. Bu fürsətdi. Davud qiyabi oxuyar, yanımda da işləyər. Mən də qocalıram. Nə qədər gücüm var arxasında duraram. Təcrübə yığar, mən də təqaüdə çıxanda özünü yaxşı göstərər, yerimə o keçər. Pisdi ki, oğlun məktəb direktoru olacaq. Nə olsun ki, kənd yeridir.
- Yox ey, Müslüm müəllim, mən cavan oğlanı necə ora göndərim?
- Ay Həsən kişi, mənə inanmırsanmı?
- İnanıram ey, amma uzaq yol, yad yer. Özün deyirsən qocalırsan, onumu güdəcəksən, cavan oğlandı. Oğlumu da bilirsən də uşaqlıqdan qanı qaynıyandı.
- Yaxşı elə isə evləndir göndər. Amma bu fürsəti əldən vermə.
- Hə o yaxşı fikirdi.
Bu söhbətdən sonra ailə yığılıb, düşünmüşlər, hələ qız da tapıblar. Amma Davuddan 3 yaş böyük, bacı kimi gördüyü, uzaq qohumlardan Gültəkini. Davud, “başqa yerə getmirəm” deyə bilməsə də, Gültəkin, ondan böyükdür bəhanəsilə narazılığını bildirmişdi. Anası Mehriban Davudu qarşısında otuzdurub demişdi:
- Oğlum, yaxşı, ürəyində biri varsa de. Araşdıraq, biz də bilək kimdi. Üyğun olsa, niyə də almırıq. Əsas, bu fürsəti əldən vermə. İndiki zamanda camaat güclə özünə belə iş tapır. Həm də Müslüm dayı da p*s adam deyil. Neyləsin ki, övladları körpə ikən getdi. O da elə səni balasına oxşadıb, ürəyinə qoyub. Yazıq istəyir ki, çəkdiyi əziyyətin bəhrəsi başqasına qismət olmasın. Heç olmasa balası kimi sevdiyinə nəsib olsun.
- Yaxşı, ana, yaxşı, heç olmazsa, axşama kimi vaxt verin.
- Yaxşı, bala, vaxt sənin. Amma uzatma ha. Ağsaqqaldı, qəlbini qırmayaq, sonra peşiman olarıq.
İndi Davud anasının öhdəsinə hər şeyi buraxmışdı. Elçilik, nişan, toy hər şey 1 ayın içində tezcə həll olundu. Heç cehiz də lazım olmadı. Müslüm müəllim hər şeyi öz öhdəsinə götürmüşdü. Davud Gültəkinlə tezliklə yeni yerə, yeni evə köçürüldü.
*** *** ***
Davud 6 il idi ki, gecəsini gündüzünə qatır. İmtahanlardan yaxşı keçirdi. Mağistraturanı da oxuyub bitirmişdi. 2 qızdan sonra yeni doğulmuş oğlu ilə nəfəs alaraq həyatın bütün öhdəliklərinə sinə gəlməyə çalışırdı. Müslüm dayı arzusuna çatmışdı. Davudun uğurları müqabilində onu məktəbə direktor seçmişdilər.
Artıq texnikanın güclü işlədiyi vaxt idi. Davud son vaxtlar insanların çoxu kimi Odnaklassnikdə özünə profil açıb köhnə məktəb yoldaşları, qrup yoldaşları ilə yazışırdı. Hərdən də yata bilmədiyi gecələr oyunlar oynayır. Bəzən səhifələrə girib maraqlı müzakirələrə qoşulurdu. Bir gün “Mənim Kədərim” adlı profilin yazdığı statusa fikir bildirir. Gecənin qaranlığında çoxlu səhifələri gəzdikdən sonra bezib, şəbəkədən çıxıb yatmağa getdi.
Səhər yuxudan oyananda profilini açdığı zaman “Mənim Kədərim” adlı profildən mesaj gəldiyini gördü. “Davud, mənəm, Zərifə”. Davudu sanki yerində donmuşdu. Nə yazacağını bilmədən key kimi baxdı və şəbəkədən çıxıb işə getdi.
Bütün günü fikiri şəbəkədə qalmışdı. “Zərifə? Məni hardan tapdı? Mənim Kədərim? Dünən onun paylaşımına fikir bildirmişdim. Hə ondan yəqin məni tanıyıb”.. Düşüncələrin, sualların içində boğulan Davud məktəbdə işlərini güclə başa vurdu. Evə getdiyi yol boyu ürəyi əsir “nə yazacam, nə deyəcəm? Yazım yoxsa yazmayım?” düşünərək evə tez çatmağa çalışırdı. Yeməyini yeyəndən sonra:
- Gültəkin, bu gün işim çoxdu mən otağımda işləyəcəm. Vacib olmazsa, məni heç kim narahat etməsin.
- Oldu – Gültəkin süfrəni yığışdıraraq həmişəki kimi başını aşağı salıb işlərini görürdü.
Davud həyəcanla stolun arxasına keçdi. Kompyuterini açıb odnaklassnikə girdi. Zərifə yenə də yazmışdı. “Bağışla, səni narahat etdim”. Davudun oxuyub cavab yazmadığını görən Zərifə mesajı ilə üzrxahlıq etmişdi. Davud mesajı oxuyanda həyəcanına bir az da həyəcan qatdı. Tez mesaja cavab yazdı.
- Salam, Zərifə, necəsən? Mesajına cavab ancaq indi yaza bildim.
- Salam. Sağ ol. Sən necəsən?
- Mən də yaxşıyam.
Neçə ildən sonra söhbətləri belə başlamışdı. Bir neçə gün salam-sağolla davam edən mesajlar, yavaş-yavaş uzanırdı. Davud hər dəfə işdən dönəndə iş otağına tələsirdi. Bir gün Zərifə Davuddan nömrəsini istədi. Davud tərəddüd etsən də, hələ də ürəyində məhəbbət odu qoymuş sevdiyinə qarşı imtina edə bilmədi və nömrəsini yazdı. Mesajlar, zənglərlə əvəz oldu. Hər gün sadəcə söhbət edirdilər. Bəzən yazışırdılar. Bir gün Davud dözəməyib soruşdu:
- Zərifə, mənə niyə yox dedin?
- Davud, o gün sən o qədər dirəndin ki, indi deməlisən. Mən də acıqla yox dedim. Sonra çox peşiman oldum, amma qürurumdan əyiləmədim. Sonra sənin evləndirdiklərini eşidib oxumağa həvəsim itdi. Bir qohumumuz var idi, Rusiyada işləyirdi. Çoxlu obyektləri vardı. Məndən xoşu gəldiyini demişdilər. Amma mən sənə görə bəhanə edib,” məndən çox böyükdü” demişdim. Sənin acığına xalam qızına dedim ki, yenə istəyirsə məktəbi qutaran kimi toy eləyib məni Rusiyaya aparsın. Ağzımdan çıxmağı ilə hamı əl-ayağa düşdü. Kİm pullu adamla qohum olmaq istəməz ki? Güya oxudacaqdı da. Bütün xəyallarımı özüm məhv elədim... Elçi gəldilər, nişan taxıldı. Məktəbi qutaran kimi də toy oldu. Getdik Rusiya. Kamal məndən 18 yaş böyük idi. Əvvəllər başıma fırlanırdı. “Oxudacam-oxudacam” deyirdi. Sonra hamilə oldum. O gündən burnumdan gəldi hər şey. Hardansa zibil xəstəlik gətirdi mənə saldı. Uşağımda xəstə doğuldu. Nə qədər müalicə etdirdikdən sonra, uşaq bir az düzəldi. Sonra yenə hamilə oldum. Bu da xəstə olar deyə, bir az məni rahat buraxdı. Amma böyük oğlumun xəstəliyi, mənə artıq əzab idi. İkinci oğlum oldu. İkisinin arasında uzaq ölkədə, tək, başımı itirmişdim. Dedim dayə tutaq. Tutdu. Kaş ki tutmaz olardım. Dayə ailəmi lap dağıtdı. Hər gecə yoxa çıxırdı. Sonra bildim ki, aralarında nəsə var. Bütün hər şeydən əlim üzülmüşdü. Südüm kəsildi. Kiçik oğlum da xəstələndi. İkisi də bir-birinə qarışdı. İkisini də xəstəxanaya yatızdırdıq. Özüm də yanında qaldım. 1 ay müalicə etdirdik. Sonra evə dönəndə gözlərimə inanmadım. Hər yer araq şüşələri, siqaret qırıntıları. Artıq dayə ilə nələr etmişdi, tam anlaya bilmirdim. Tez yaxınlıqda olan bir dostunu çağırdım. İçəri girən kimi dedi ki, kül bunun başına bütün əlində nəyi var itirib. Məlum oldu ki, obyetklərinə əl qoyublar. Sonra Kamal bütün hər şeydə məni günahlandırdı. Güya pulları uşağın müalicəsinə gedib. Uşağı da mən xəstə etmişəm. Dostunun köməkliyi ilə mən geriyə vətənə qayıtdım. Atam ürək xəstəsi olduğu üçün, bilməsin deyə bakıdakı evdə qaldım. Yalandan da dedim ki, guya Kamal pul göndərir. 2 ildir uşağın müalicəsinə qızılarımı satıb verirəm. Hər ay davamiyyətli müalicəsi olmalıdır ki, 6 yaşından sonra təmiz sağalmaq ehtimalı əldən çıxmasın. Davud, mən cəzamı çəkirəm. Özü də çox p*s çəkirəm.
- Zərifə, mən sənə kömək edə bilərəm.
Zərifə başına gələnləri danışdıqdan sonra, Davudun ilk deyə biləcəyi söz bu olmuşdum. Zərifə nə qədər imtina etsə də, Davud bir təhər razılaşdırmışdı ki, ancaq uşağın müalicələri üçün kömək edəcəm. Beləcə hər ay Zərifəyə müalicə üçün pul göndərir, ona dəstək olmağa çalışırdı. Davud Zərifəyə bir sirdaş olmuşdu. Bütün dərdlərini ona danışır, ondan təsəlli alırdı.....
Davud Zərifəni yenidən sevirdimi, yoxsa ona sadəcə yazığı gəlirdi? Bəs Zərifə Davuda qarşı nələr hiss edirdi? Ona keçmişdə yarımçıq qalmış sevgisi oyanmışdı, yoxsa əlacsız qalan uşağına yardım məqsədilə, tək güvənəcəyi adam kimi ona sığınmışdı? Bəzən insan öz hissləri əlində elə çaş-baş qalır ki, nə etdiyini edəndən sonra anlayır...Davud və Zərifə ilk məhəbbəti,bir-birində dadmışdılar. Biri qürurun qurbanı, o biri isə ad-sanın qurbanı olmuşdu...Onların məhəbbəti çox tez yarımçıq qalmışdı. Onlar sonra anlamışdılar ki, heç kimi elə sevə bilmirlər. Davud Gültəkinə nə qədər sevgi göstərməyə çalışsa da, sanki soyuq bir divara toxunur kimi özünə geri qayıdırdı. Onların birliyi sadəcə ani bir istəkdən, ehtiyaclarını ödəməkdən başqa bir şey deyildi. Vardısa bir sevgi, o da övladları idi. Zərifə isə bəlkə sevdim deyə ərinə nə qədər yaxınlaşsa da, Kamal öz kobudluğu ilə onu özündən diksindirmişdi. İndi yarımçıq məhəbbətləri ilə onlar uzaqdan da olsa bir-birinə qarşı nələr hiss edirdilər? Davudda bəlkə də, nə vaxtsa ətrafında olan, özünü şirin göstərməyə çalışan hansısa qadına qarşı ötəri hisslər yaranmışdı. Amma Zərifə artıq Davuddan başqa bütün kişilərə inanmırdı..
Sükanın arxasında Davud ətrafa baxır. Musiqini dinləyərək Bakıya tez çatmağa çalışırdı. Bu gün, Zərifənin böyük oğlu əməliyyata girməli idi. Onu tək qoymağın yaxşı olmadığını düşünən Davud, Bakıya gedirdi. Xəstəxananın pilləkənlərindən qalxarkən ilk məhəbbətinin bir küncdə ağlayan gördü. Necə də sevdiyi arıqlamışdı, sanki qocalmışdı. Zərifə Davudu görən kimi yanına qaçdı. 7 ilin ayrılığı onları çox yandırmışdı. İndi onlar o yanğı atəşilə qucaqlaşıb ağladılar.
- Zərifə, hər şey yaxşı olacaq. Narahat olma.
- Çox sağ ol ki, gəldin. Mən heç kimə, heç nə deyə bilmədim. Yaxşı ki, sən varsan.
- Zərifə, mən sənin yanındayam.
- Bilirəm.
Təkrar Davudun sinəsinə sıxılmışdı. Davud onun üçün nə qədər darıxdığını indi anlayırdı. Həkim yaxşı xəbər vermişdi. Lakin, hələ ki, uşağın yanına girmək olmazdı. Davud Zərifəni xəstəxananın kafesinə apardı. Ağlamaqdan gözləri qızarmış Zərifə, Davudun gözlərinə baxmağa utanırdı. Onun utanmağı illərin xəcaləti idi. Kafedə mahnı oxuyurdular. “Sən bir ötən sevgitək unutdun məni. Qəlbimdə çox incidim, sən gedən gündən. Ağladım sevgimizi gözlərində mən. İndi yalnız qalmışam həsrətində mən. Hər ötən səhərində gözlədim səni. Hər bir ötən günlərdə gözlədim səni. İndi dünyamda dəyişsə səni. Səninəm, hər gün, hər zaman səninəm. Səninəm, illər ötüb keçsə də bil ki, səninəm.....Məndən uzaq düşsən də, sənsən məni düşünən ...ömrümün ən şirin nəğməsi, səninəm.....soluram, o sevgidən ayırma məni...”...Davud Zərifəyə baxarkən bu mahnı altında əzilirdi. Zərifə mahnının təsirindən daha da dolub ağladı....İllər sonra iki keçmiş sevgili bir stol arxasında oturub, aciz halda dayanıb, mahnının təsirində itib-batmışdılar..
Xəstəxanada 3 gün qalan Zərifənin yanına Davud hər gün gəlirdi. Artıq bir-birilərinin gözlərinə baxa bilirdilər. Davud qumral gözlü sevgilisinin qarşısında gənclik həyəcanını təkrar yaşayırdı. Zərifənin yanaqları Davudun hər gəlişilə yenidən təbəssümündən batmağa başlamışdı. Hərdən Davud çaşıb, yenə o yanaqlara toxunmaq istəyirdi...Amma Zərifə, hər onun gəlişində sanki aralarında heç nə olmamış kimi qaçır, xoş gəldin qucaqlaması edirdi.. Davud Zərifəni uşaqları ilə birlikdə evinə rahatlayanda evindəki mənzərəni görüb ürəyi parçalanmışdı. Evə qayıdarkən 6 saatlıq yolda fikirli olmağından nə qədər qəzalardan yan keçmişdi...
Bakıdan gəlməyindən 20 gün keçmişdi. Davud yenidən Bakıya qayıdırdı. Zərifənin yaşadığı o şərait gözünün önündən getmirdi. Zərifə pul ehtiyacı olduqca, evdə p**a gedən nə varsa satmışdı. Evdə bir çarpayı, stol və divandan başqa heç nə yox idi. Davud vacib olanları alıb Zərifənin evinə apardı.. Zərifə imtina etməyə imkan tapmamış, Davud hər şeyi evə yığıb dedi.
- Mən qayıtmalıyam bir günlük çıxa bilmişəm.
- Çox sağ ol. Sənin qarşında çox xəcalətliyəm. Sənə çox əziyyət verdim. Sənin bu yaxşılığının əvəzini necə çıxacam bilmirəm?
- Heç nə lazım deyil. Mən o, iki körpə üçün etdim. Sən onların yanında ol. Onları gözəl böyüt, bu mənə ən böyük əvəzdi.
Davud qəlbində özü də qarışmışdı. Qəlbindəki sevgi həyəcanı mərhəmətə çevrilmişdi. Doğurdan da, Davudun ən çox can atdığı iki körpə balanın çarəsizliyinə çarə olmaq idi. Gözünün önündə onların yerində özünü hiss elədi. Öz oğlunu, qızlarını o halda ola biləcəklərini düşünüb içəridə sanki boğulur kimi sağolaşıb, tələsik stola da pul qoyub çıxdı. Zərifə həm sevinir həm də utanc hissi duyurdu... “Allah kimsəni bu hala salmasın” deyə bilərdi. Amma demirdi. Çünki bilirdi ki, onu bu hala Allah deyildə, öz acığı, öz qüruru salmışdı. “Sonrakı peşimançılıq fayda verməz” də deyə düşünmürdü. Çünki Davud Zərifənin içində bir ümid işiği yandırmışdı. Sonraki peşimançılığın fayda verəcəyini düşünürdü. O, Davud nə desə onunla razılaşmağa hazırdı. O, keçmişdə etdiyi səhvi bir də təkrar edib Davudu itirmək istəmirdi. Amma heç düşünmürdümü ki, ailəli birinə ümid etmək bəlkə də özü böyük səhvdi. O, düşünmürdümü ki, “Daldan atılan daş topuğa dəyər” demiş atalar. Hər zaman hər şey düşündüyümüz kimi ola bilməz..
Bizim sakit, başı aşağı tanıdığımız Gültəkin Davudun son aylar Bakıya tez-tez getməyindən, onun işdən gələn kimi iş otağına keçməyindən, hətta çox vaxt yeməyini öz otağından yeməyindən, otağına çəkilib gələn zənglərə cavab verməyindən şübhələnmişdi. Davud Bakıya gedəndə kompyuteri açıb, eşələmişdi. Heç nə bacarmadığını görüb “kompyuter açılmır xarab olub” deyə qonşudakı usta oğlanı çağırmışdı. Usta kompyuteri açıb, hələ Gültəkinə müəllimlik də etmişdi. Oxuduqlarına p*s olsa da, Gültəkin susmuş, heç nə deməmişdi. Amma gizlin iş uzun çəkməz demişlər. Qonşu oğlan Davudu görən kimi.
- Davud müəllim, kompyuteriniz əslində xarab olmayıb, sadəcə çox yüklənib. Nə vaxt istəsəniz deyin gəlim format edim.
- Nə deyirsən, Rafiq? Mən səni başa düşmədim
- Gültəkin xala, 2 gün əvvəl çağırmışdı ki, kompyuter xarab olur açılmır.
- Hə, başa düşdüm. Yaxşı, lazım olsa çağıracam.
Davud əsəbli uzaqlaşıb qapını açıb içəri girdi. Həyətdən iti addımla evin qapısına yaxınlaşıb açan kimi qışqırdı:
- Gültəkin.
- Hə, Davud, nə olub?
- Canına azar olub. Sənin mənim kompyuterimdəa nə işin vardı?
İlk dəfə idi ki, Davud Gültəkinlə belə danışırdı. Onunla o qədər də sevgi dolu anlar yaşamasa da, heç vaxt nə Gültəkin ona qarşı hörmətsizlik etmişdi, nə də Davud ona əl qaldırmamışdı. Uşaqların zala toplaşdığını görüb Davud dedi.
- Keç otağa.
Otağa keçməsilə Gültəkin, onun hər şeyi bildiyini düşünüb, özünü müdafiəyə qalxmışdı.
- Nədi p*s iş görmüşəm? Suçum var? Suçu olan sən, mənə niyə bağırırsan, Hələ utanmaqdan. Ayıb olsun. Haramın olsun. 7 ildi susub hər nazını çəkirəm. Kişi sənsən, mən sənin nazını çəkirəm. Bu da yaxışılığım. Burnundan gəlsin. Hansısa ..... ötrü ailməzi dağıdırsan.
Ağzında o kəlmə çıxmasıyla şillənin üzünə dəydiyi bir oldu. Gültəkin aldığı ilk şillə ilə yerə sərildi. Davud Gültəkini yerdə qoyubda otaqdan çıxdı. Davud evdən çıxan kimi, ilk dəfə evdə mübahisə görən uşaqlar, analarının yanına qaçdılar. Gültəkin o hirslə ayağa qalxıb, qaynanası Mehribana zəng edib hər şeyi danışmışdı.
Davudun telefonu susmurdu. Telefonu açmasa hörmətsizlikdi olar deyə açdı. Amma düşünmürdü ki, Gültəkin hər şeyi onlara danışa bilər.
- Ana, vacib deyilsə, əlimdə işim var. Mən bir azdan sənə zəng edəcəm.
- Davud, vacibdi, çox vacib. Saxla əlindəki işini. Sənin ailəndən vacib heç bir iş yoxdu. O yazıq qız sənə övlad verib, qayğına qalmaqdan başqa nə edib ki? Ağlını başına yığ, atana desəm, bilirsən də kim olduğunu tapıb onu da, nəslini də, səni də peşiman edər. Olan ona olacaq. Yaxşı fikirləş- deyib Mehriban xala telefonu söndürmüşdü.
Doğurdan da, Həsən kişi edərdi. Özü də kəndlərində olan bir qız olduğunu bilsə, nəslin içində bəxti qara gəlmiş Zərifənin həyatı tamam püç olardı. Davud bilmirdi nə etsin. Zərifəni belə halda tək də qoya bilməzdı. Amma ki, bunun axırı da yaxşı qutarmayacaqdı. Davud öz tərəddüdləri içində artıq ehtiyat etməyə başladı. Evə gedərkən iş otağına az-az girirdi. Girərkən qapını açıq qoyurdu. Zəng gələndə otağına çəkilmirdi. Zərifəni də xəbərdar etmişdi ki, nəsə lazım olsa mesaj yaz, özüm zəng edəcəm. Zərifənin bilməsini istəmirdi deyə, evdə qonaqları olduğunu səbəb göstərmişdi.. 1 həftədən çox Gültəkinin burnu yerlə gedirdi. Çayı, yeməyi Davudun qabağına qoyub otağına çəkilirdi. Davud bir yol tapıb buzları əritməyə çalışırdımı? Yox əksinə, Davudun Gültəkinə sevgilə yanmayan ürəyi daha da soyumuşdu...Gültəkin hətta yatağını belə ayırmışdı. Gültəkini sevməsə də ən çox xoşlamadığı hərəkəti də o, Davuda qarşı etmişdi. Davud özündəki günah bilirdi. Amma ki, ailəsinə qarşı heç bir səhv davranış etmədiyini düşünürdü. Bəzən isə “kişiyəm, başqa kişilər nə oyundan çıxır, mən nə etdim ki, bu qədər böyütdü” deyə düşünür, özünə bəraət qazandırırdı. Ayrı yataqlar aylar çəkdi.. Davud get-gedə Gültəkinə qarşı daha da əsəbləşirdi. Ona heç nə etməsə də, qəlbi hirslə dolurdu. “Zərifə qurban olasan, yoxsa səni nə çırpardım” deyə ürəyində düşünməyə də başlamışdı. Zorakılıq sevməyən Davud, hədsiz əsəbi olmuşdu.. Yatağında tək uzanıb bəzən Zərifəni xəyal etdiyi də olmuşdu.
Dərs ili sona yaxınlaşırdı. Məktəbdə bir neçə sənədləri təsdiqlətmək lazım olmuşdu. Və Davud təcili Bakıya getməli idi. İşlərini gördükdən sonra, Davud ilk dəfə dəniz kənarına gəldi...Oturduğu yerdə Zərifəni xatırladı. Telefonu əlinə alaraq Zərifəyə zəng vurub, Bakıda olduğunu dedi.. Zərifə yarım saat sonra Davudun yanında idi. Bülvarda birlikdə gəzdilər.. Dondurma yeyərək gənclikdə necə bir-birlərini dondurmaya buladıqlarını xatırladılar və çoxlu güldülər.. Davud neçə ayın yükünü sanki üzərindən atırdı. Bəlkə də illərin yükü idi... Davud hər şeyi unutmuşdu... Elə Zərifə də özünü o 17 yaşlı, özündən razı qız kimi hiss edirdi...Yenə Davuda naza edər kimi göz süzdürürdü. Sanki illərin yükü bu iki sevgilini yaralamamışdı... 2 saatdan çox bülvarda vaxtları keçmişdi..
Pilləkənlərdən yuxarı çıxarkən Zərifə, çantaları Davuda verdi.
- Sən çıx, qonşudan uşaqları götürüb gəlirəm.
Davud ərzaq, oyuncaq və paltar dolu çantaları yuxarı daşıdı. Bu gün tək Zərifə və Davudun deyil, həm də uşaqların bayramı idi. Evə girən kimi uşaqlar oyuncaqları töküb oynamağa başladılar...Zərifə mətbəxtdə yemək hazırlayırdı... Davud ətrafa baxıb, yaratdığı mənzərədən rahatlığına bir az da rahatlıq qatdı...İndi Zərifə bir az ağ günə çıxmışdı... Davudun sayəsində otaqlar evə oxşayırdı...Zərifə mətbəxtdən otağa keçəndə, Davudun yataq otağından çıxdığını gördü.
- Uşaqlar oynayıb divanda yuxuya getmişdi. Yataqlarına qoydum.
- Şox sağ ol, Davud. Kaş ki, səni kimi onları düşünən ataları olardı.
Zərifə əlindəki qabları stola qoyub gözündən axan yaşı sildi. Davud dözə bilməyib Zərifəni qucaqladı.
- Hər şey yaxşı olacaq.
- Davud, nə yaxşı ki, sən varsan. Sənsiz mən nə edəcəkdim?
- Mən həmişə yanındayam. Uzaqda olsam da, sənə kömək edəcəm.
- Məni heç vaxt buraxma. Səni hələ də sevirəm. Məni heç vaxt tərk etmə. Getmə Davud, qal burda.....
Davudun üzü öpüşlərə qərq olmağa başlamışdı...Davudun qulağında ,anasının dediyi sözlər səsləndi..”Onu da, nəslini də atan məhv edər”...Davud qorxmağa başladı. “Nə edirəm? Düz etmirəm. Zərifə məndən betər mənə bağlanıb...Mən ona ümid verdikcə əksinə onu məhv edirəm..Yox haqqım yoxdu...” Düşüncələrilə Zərifənin çiynindən tutdu.
- Zərifə, dayan. Zərifə, mən unutmuşam, mən getməliyəm. Sabah gələcəm, oturub danışarıq.
Zərifə geri çəkilib donmuş halda ona baxdı..Bir azda elə davam etsəydi, Davud artıq özünü ələ ala bilməyəcəkdi. O sağolaşıb evdən çıxdı. Harda qalacağını belə müəyyənləşdirməmişdi..Dəniz kənarına maşını sürüb gecəni açıq olacaq kafelərdən birində özünə yer elədi. Sərin külək üzünü şillələyirdi. “Davud, ayıl. Ağlın başına gəlsin” deyirdi...Dənizin ucsuz =-bucaqsız mənzərəsi “sevginiz sonsuz olsa da, orada özünüzlə bərabər hər iki ailəni batırıb boğacaqsınız” deyirdi..
- Ey Asiman, sən də dillən. Sən nə deyirsən?- deyə pıçıldadı....
Gözlərini yumub ürəyilə mübarizə aparırdı. Beyni bütün həyat faktları toplamış, ürəyi Zərifənin və Davudun hisslərini əlinə silah kimi almış, döyüşə hazır dayanmışdılar. Bu gecə Davudun ruhu və cismi arasında döyüş gözlənilirdi.
Bütün gecəni dəniz kənarında keçirən Davud isti bir xurmalı çay içdikdən sonra ayağa durdu...Çoxlu bazarlıq etdi və maşının baqajına qoydu.. Mağıstraturada oxuduğu tələbə yoldaşına zəng etdi.
- Salam Nəzakət xanım, necəsiniz? Davuddu, tanıdınız? Bağışlayın, səhər tezdən sizi narahat edirəm.
- Salam, salam Davud, əlbətdə tanıdım. Çox sağ ol sən necəsən? Əcəb etmisən zəng etmisən. Səndən xeyir ola bizi yada salmısan?
- Nəzakət xanım, sizə işim düşüb. Etsəniz elə bil böyük savab qazannarsınız.
- Buyur, buyur eşidirəm.
- Əgər işdəsinizsə, olar iş yerinizə gəlim söhbət edək?
- Əlbətdə, çox şadam olaram. Ünvanı deyim yaz.
Günorta Davud əlləri dolu çantalarla Zərifənin qapısını döydü. Zərifə gözləri qızarmış halda qapını açdı. Davudu görəndə çox sevinmişdi. Zərifənin gözlərindən hiss olunurdu ki, Davud kimi gecəni yatmayıb, dünən olanları düşünüb ağlayıb. İndi Davudun dönməsi ona yenidən ümid verib sevindirmişdi. Davud içəri keçib çantaları qoydu və Zərifənin oturmasını istədi.
= Zərifə, sən mənim ilk və son məhəbbətimsən. Bunu heç zaman danmamışam və danmayacağam. Amma mən çox uzaqdayam. Bilmək olmur, insanın başına hər iş gəlir. Qarşıdan yay tətili gəlir. Mən yay tətilində çox vaxt başqa ölkələrə gedirəm. Ona görə də gecə çox duşundum. Sizdən avtobusla 20 dəqiqəlik məsafədə bir uşaq bağçası var. Ona yaxınlıqda məktəb də var. Uşaq bağçasının müdirəsi mənim tələbə yoldaşım olub. Onun işçiyə ehtiyacı var. Səni ora götürməyə hazırdı. Sən orada işləyərsən. Uşaqların da yanında olar. Uşaq məktəbə gedəndə də, elə yaxınlıqdakına qoyarsan. Həm darıxmarsan, həm də çətinlik çəkmərsən. Nəsə lazım olsa, Nəzakət xanım hər köməkliyi edəcək..İstəyirsən, indidən gedə bilərik. Ya sabah tezdən uşaqlarla get, elə işə də başla. Razısan?
- Çox sağ ol, Davud. Əlbəttə ki, razıyam. Bundan böyük yaxşılıq var? Sabah, səhər tezdən gedəcəm.
- Dəqiq?
- Əlbəttə ki. Elə mənə ən üyğun iş budur. Uşaqlar yanımda rahat olaram.
- Düzdü, Zərifə. Hər şey yaxşı olacaq. Sən hər zaman mərd, qürurlu qız olmusan... İstəyirəm ki, yenə də eyni mərd, qürurlu qız olasan..Heç vaxt ümidini üzmə. Göydə Allaha, yerdə özünə güvən.. Yaxşı olacaq. Allah amanında qal. Mən gedim.
Son dəfə Zərifəni qucaqlayıb evdən çıxdı. Davudun ilk məhəbbəti, qollarının arasında ağlamamaq üçün özünü necədə güclə saxlayırdı. Yenə həmin qürurlu, lakin həlim qız idi. O günü heç zaman Davud unutmayacaqdı.. Sanki həyat fırlanmışdı, Davudu yaralı qoyub gedən ilk məhəbbətini indi, Davud yaralı qoyub uzaqlaşmışdı. Amma, hər şeyi İlk məhəbbəti üçün edirdi....Davud uzaqlaşmağa, yenidən öz soyuq həyatına qayıtmağa məcbur idi... O illərin yarasını çoxlu insanları yaralayaraq sağalda bilməzdi... Lakin, yarasını yüngülləşdirən bir şey vardı. Zərifəni və körpələrini çarəsi qoyub getmirdi. O, rahat gedirdi. Qəlbində ilk məhəbbətini gizlədərək Bakının küçələrini ötüb keçir, Bakıdan çıxıb, ordan uzaqlaşırdı. Davud göz yaşlarından maşının önünü görə bilmirdi. Dəniz kənarında maşını saxlayıb, kimsəsiz sahilinə yaxınlaşdı. Və bağırdı:
- İlk məhəbbətim, Əlvida! Səni heç zaman unutmayacağam....Sən həmişə qəlbimin ən gizli yerində əbədi qalacaqsan....

10/03/2018
10/03/2018

Оригинальное украшение праздничного стола

09/03/2018

Меня часто спрашивают, как я делаю ткань для своих работ. Делюсь. Ничего сама, в принципе особо не изобретала. Эту технику часто используют американские мастерицы

04/03/2018

В последнее время на просторах интернета можно найти много новых техник вязания, остается только удивляться и восхищаться фантазией рукодельниц!

19/02/2018
16/02/2018
16/02/2018
15/01/2018

Вязаные сумки спицами стали очень популярны в последнее время. Многие женщины предпочитают связать такое изделие своими руками, нежели купить его в магазине. Коне�...

12/01/2018

Напольные подушки станут прекрасным решением для любого из современных стилей. Они непременно пригодятся тем, кто любит устраивать домашние посиделки

Address

Азербайджан
Baku
2000

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 18:00
Sunday 09:00 - 22:00

Telephone

0506630276

Website

Alerts

Be the first to know and let us send you an email when Сказочные нитки. Sehirli iplər posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share