06/05/2025
AWOK — Anna Wintour OK: Vogue əməkdaşları tərəfindən istifadə edilən rəsmi abbreviatura. Bu o deməkdir ki, qonaq, geyim, bəzəklər və hətta Met Gala üçün menyu şəxsən Anna Vintur tərəfindən təsdiqlənib.
Met Gala 50 dollarlıq şam yeməyi ilə başlamışdı: 1948-ci ildə Amerika modasının aparıcı PR qadını Eleanor Lambert Kostyum İnstitutunun xeyrinə Waldorf Astoria-da şam yemeyi ile ziyafət təşkil etmişdi. Biletlərin qiyməti cəmi 50 dollar idi (indiki pulla təxminən 600 dollar) və bu, heç bir mətbuat olmayan özəl bir axşam idi - sadəcə dəbli gündəmi olan bir şam yeməyi.
Mövzu yalnız 1973-cü ildə meydana gəldi: Diana Vreelanddan əvvəl tədbirin dəqiq geyim kodu yox idi. 1973-cü ildə o, Cristobal Balenciaga-ya həsr olunmuş ilk tematik sərgini təşkil etmişdi. O vaxtdan bəri hər bir tədbir yalnız qara qalstuk (Black tie) deyil, “Səma cisimləri”, “Düşərgə”, “Manus x Machina”, “Yatmış Gözəllər” mövzuları ilədə gündəm olmuşdu. Pop mədəniyyət və moda - 70-ci illərdən birlikdədavam edir: Diana Vreeland dünya məhşurlarını birləşdirən ilk insan idi: Endi Uorhol, Cher, Jacqueline Kennedy və Diana Ross eyni kadrlarda göründülər.
Anna Vintur erası 1995-ci ildə başladı: Həmin andan Met Gala sosial tədbirdən qlobal tədbirə çevrildi. Qonaq siyahısına siyasətçilər, idmançılar, texnologiya şirkətlərinin rəhbərləri, məşhurlar və dizaynerlər daxil idi. Met “modanın ən vacib gecəsi” halına gəldi.
🟣Qiymət: 75.000$-dan. 2014-cü ildə biletin qiyməti 30.000 dollar idi. 2024-cü ildə - artıq 75.000 dollar. 10 yerlik masa - minimum 350.000 dollar.
🟣 Ulduzlar pul vermir - brendlər ödəyir - Gucci, Prada, Vuitton, hətta Meta belə masalar alıb səfirlərini dəvət edir. Bir ulduz bir yer üçün pul ödəsə belə, Vogue Wintourun təsdiqini tələb edir. # MetGala