Lerik rayon, Camaşair kənd ibtidai məktəbi

Lerik rayon, Camaşair kənd ibtidai məktəbi Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de Lerik rayon, Camaşair kənd ibtidai məktəbi, Entreprise textile, Lerik ray. , Bülüdül kənd'i, Democratic Republic of the.

16/08/2023

Əzimov Orxan Rasim oğlu Lənkəran-Astara Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri təyin olunub.
- - -
Orxan Əzimov 2014-ci ildə bakalavr səviyyəsi üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini, 2017-ci ildə isə magistr səviyyəsi üzrə Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisası üzrə müəllim kimi fəaliyyət göstərib.

2018-2022-ci illərdə Cəlilabad Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində, 19 may 2022-ci il tarixindən isə Lənkəran- Astara Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışıb.

Yeni təyinat münasibətilə Orxan müəllimi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

16/08/2023

Rəhimov Rəhim Rafiq oğlu Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini təyin olunub.
- - -
Rəhimov Rəhim 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq ixtisası üzrə bakalavr səviyyəsini, 2004-cü ildə isə magistr səviyyəsini Sumqayıt Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı ixtisası üzrə bitirib.

O, uzun müddət müəllim kimi fəaliyyət göstərib. 2011-ci ildən etibarən Ucar rayon Qazıqumlaq kənd 1 nömrəli tam orta məktəbində direktor vəzifəsində işləyib.

Qeyd edək ki, Rəhimov Rəhim Rafiq oğlu 07 iyul 2022-ci ildən tarixdən Lənkəran-Astara Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdir vəzifəsində çalışıb.

Yeni təyinat münasibətilə Rəhim müəllimi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

13/06/2023

Artıq Son Zəngə bir gün qalır. 2022-2023-cü tədris ilinin sonuna yaxınlaşırıq. Kimin üçünsə adi bir gün, kimin üçünsə həyat yoluna qızıl hərflərlə yazılacaq bir gün. Kimsə sevinəcək, kimsə kədərlənəcək. Ayrılıq göz yaşlarını sevinc göz yaşları əvəz edəcək. Əlvida məktəb deyib, yeni həyat yolu ilə üz üzə qalacayıq. Amma unudulmayan yeganə bir məqam var. O da MƏKTƏB İLLƏRİ. Hər kəsin hər zaman xatırlayacağı Son Zəngi.
Əziz məzunlar məktəbdə son, müstəqil həyatda ilk zənginiz mübarək.
Hörmətlə; Tural Garibov

10/06/2023
İbtidai təhsil səviyyəsinin sonunda təhsilalanların nailiyyətlərinin monitorinqi məqsədilə, Azərbaycan Respublikası "Elm...
23/05/2023

İbtidai təhsil səviyyəsinin sonunda təhsilalanların nailiyyətlərinin monitorinqi məqsədilə, Azərbaycan Respublikası "Elm və Təhsil nazirinin" müvafiq əmrinə əsasən 23 may 2023 cü il tarixində məktəbimizdə 4 cu sinif şagirdləri üçün sınaq test imtahanı keçirildi.
Lənkəran-Astara Regional Təhsil İdarəsi
Lerik Rayon Təhsil Şöbəsi


Lerik rayon, Camaşair kənd ibtidai məktəbi

06/04/2023
06/04/2023
Vətən müharibəsi iştirakçısı olan müəllim direktor müavini təyin olunub.---Vətən müharibəsi iştirakçısı –  Əliyev Məhərr...
24/03/2023

Vətən müharibəsi iştirakçısı olan müəllim direktor müavini təyin olunub.
---
Vətən müharibəsi iştirakçısı – Əliyev Məhərrəm Şahgəldi oğlu Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə ümumtəhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsi üzrə müsabiqə və müsahibə mərhələsindən uğur qazanaraq, Lerik rayonu Ə.Rzayev adına Orand kənd tam orta məktəbində tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsinə təyinat alıb.

Lerik rayonu Ə.Rzayev adına Orand kənd tam orta məktəbin Coğrafiya müəllimi olan Əliyev Məhərrəm Şahgəldi oğlu Füzuli, Xocavənd, Hadrud, Şuşa və Laçın rayonlarının düşməndən azad olunması zamanı ona verilən tapşırıqları layiqincə yerinə yetirib.

Əliyev Məhərrəm Şahgəldi oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və "Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Gənc direktor müavinimizə gələcək fəaliyyətində uğurlar arzulayırıq!

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə 09.03.2023-cü il tarixində Lerik rayon, Camaşair kə...
09/03/2023

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə 09.03.2023-cü il tarixində Lerik rayon, Camaşair kənd ibtidai məktəbi məktəbində"Yaşıl məktəb" layihəsi çərçivəsində ağac əkmə aksiyası keçirilmişdir.Aksiyada məktəb rəhbərliyi,müəllim,işçi və şagird kollektivi iştirak etmişdir !
Lerik Rayon Təhsil Şöbəsi
Lənkəran-Astara Regional Təhsil İdarəsi

24/02/2023

24.02.2023 - cü il tarixdə, Lerik rayon Camaşair kənd ibtidai məktəbində Xocalı faciəsinin 31-ci il dönümünə həsr edilmiş tədbir keçirildi. Tədbiri məktəbin direktoru T.Qaribov açaraq" Xocalı faciəsi" haqqında ətraflı məruzə ilə çıxış etdi. Şagirdlər Xocalıya aid şeirlər səsləndirdilər, şagirdlərin rəsm əsərləri sərgiləndi.
Allah bütün şəhidlərimizə rəhmət etsin.
UNUTSAQ UNUDULARIQ.!
Lerik rayon, Camaşair kənd ibtidai məktəbi Lerik Rayon Təhsil Şöbəsi Lənkəran-Astara Regional Təhsil İdarəsi

22/02/2023

Bu gün, 21.02.2023-ci il tarixində Lerik rayon, Camaşair kənd ibtidai məktəbi Pedaqoji şurasının növbədənkənar iclası keçirildi.İclasda növbəti tədris ilində təhsilalanların məktəbli formasının seçilməsi ilə bağlı müzakirələr aparıldı.İclasda məktəb Pedaqoji şurasının üzvləri və valideyn icmasının üzvləri iştirak edirdilər.Sonda məktəb üzrə 2 nömrəli formanın seçilməsi qərara alındı.

Adresse

Lerik Ray. , Bülüdül Kənd'i
Democratic Republic Of The

Téléphone

+994506264380

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Lerik rayon, Camaşair kənd ibtidai məktəbi publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Raccourcis

Partager